Xəzər rayon İcra Hakimiyyətində Xəzər rayon idman ictimaiyyəti və rəhbərliyi ilə görüş keçirilmişdir.
2012-ci ilin “İdman ili”nin yekunları ilə bağlı Xəzər rayon İcra Hakimiyyətində Xəzər rayon idman ictimaiyyəti və rəhbərliyi ilə görüş keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Gülağa İslamov, Millət vəkili Rauf Əliyev, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, YAP Xəzər rayon təşkilatının sədri Namik Əhmədov, Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev və rayon idman ictimaiyyətinin nümayəndələri iştirak etmişdilər.
Tədbirdə iştirak edənlər 2012-ci ildə rayonda idman sahəsində əldə olunan nəaliyyətlərdən, qarşıda duran vəzifələrdən, dövlətin idmanın inkişafına göstərdiyi qayğıdan, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində aparılan işlər haqqında çıxışlar etdilər. Tədbirdən öncə “İdmanımızın bu günü və sabahı” mövzusunda çəkilmiş rəsm işlərində baxış oldu. Tədbirdə 2012-ci il “İdman ili” elan edilməsi ilə bağlı Xəzər rayonunda gənclərin sağlamlıqlarının qorunması və fiziki inkişafı istiqamətində əldə etdiyi nailiyyətlərinə gore rayon ictimaiyyətinin numayəndələrinə rayon rəhbərliyi tərəfindən fəxri fərman və xatirə hədiyyələri təqdim olundu. “İdmanimizin bu günü və sabahı” mövzusunda rayon ümumtəhsil məktəbləri arasında kecirilən rəsm musabiqəsinin qaliblərinə diplom ve hədiyyələr təqdim edildi.