Güllə atıcılığı üzrə Bakı şəhər kuboku keçirilmişdir

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Bakı Atıcılıq Mərkəzində  güllə atıcılığı üzrə Bakı şəhər kuboku keçirilmişdir. Yarışda 70-ə yaxın idmançı mübarizə aparmışdir. Nəticələrə görə  kişilər arasında PT-3 pnevmatik tüfəngdən Ramiz Xəlilov (RSAİM), PTÇ-3 pnevmatik tapançadan Rəhim Rəhimov (DİN İC),  qadınlar arasında  PT-3 pnevmatik tüfəngdən Jalə Bayramova (RSAİM),  PTÇ-3 pnevmatik tapançadan Xanna Əliyeva (RSAİM), PTÇ-3 mix  pnevmatik tapançadan  Zeynəb Sultanova, Cəfər Sultanlı,  PT-3 mix pnevmatik tüfəngdən  Nuranə Əliyeva, Ramiz Xəlilov I yerlərə layiq görülmüşlər.

I, II və III yeri tutmuş idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim olunmuşdur.