ASAN könüllüləri arasında intellektual bilik yarışı keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və “Xəzər İntellektual Gənclər Klubu”nun birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev İlinə “ həsr olunmuş ASAN könüllüləri arasında intellektual bilik yarışı keçirilib. Yarışı giriş sözü ilə açan 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin direktoru Əşrəf Əliyev və BŞGİBİ-nin rəis müavini Aydın Yusifov yarış iştirakçılarını salamlayaraq, komandalara uğurlar arzulayıblar.
On iki komandanın iştirakı ilə baş tutan bilik yarışması gərgin mübarizə şəraitində keçib. Bilik yarışında suallar Ulu Öndər Heydər Əliyevin irsini, Azərbaycan tarixinin mühüm dövr və hadisələrini əhatə edib.
Yarışın nəticələrinə görə 7 saylı “ASAN xidmət” mərkəzinin könüllüləri I, 4 saylı “ASAN xidmət” mərkəzinin könüllüləri II, 5 saylı “ASAN xidmət” mərkəzinin könülllüləri isə III yerə layiq görülüb.
Qalib komandalar müvafiq dərəcəli diplomlarla təltif olunublar.