“Studentvision – 2023” mahnı müsabiqəsinin final mərhələsi keçirildi

R.Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə tələbələr arasında “Studentvision – 2023” mahnı müsabiqəsinin final mərhələsi keçirilib.
Müsabiqənin final mərhələsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Musiqi Akademiyasının məzunu, “Türkvision” Azərbaycan mahnı müsabiqəsinin finalçısı, “Səs Azərbaycan” mahnı müsabiqəsinin finalçısı Ağamehdi Mirzəyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili Teatr Aktyoru fakültəsinin məzunu, Beynəlxalq “Vo ves qolos” mahnı müsabiqəsinin qalibi, bir neçə beynəlxalq festival və müsabiqələrin iştirakçısı, “Səs Azərbaycan” mahnı müsabiqəsinin iştirakçısı, “Festival Vitebsk” beynəlxalq mahnı festivalında Azərbaycan təmsilçisi Səbinə Quluzadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada, pop və caz musiqi ifaçılığı fakültəsinin məzunu, “Səs Azərbaycan” mahnı müsabiqəsinin finalçısı, Azərbaycan Dövlət Akademik Musiqili teatrının keçmiş səhnə artisti, beynəlxalq müsabiqələr laureatı, “Avroviziya – 2023” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün namizəd Əmrah Musayev, bəstəkar, pianist, “Harmony” akademiyasının direktoru Əsmər Behbudova, ölkədə alternativ musiqinin davamçısı, gənclərin sevilən rok ifaçısı Joseph Abbas, “Səs Azərbaycan” mahnı müsabiqəsinin iştirakçısı, Azərbaycan televiziyasının solisti, “Smart people awards 2020” İlin yaradıcı gənci Rövşanə Kərimduxt, “Eurovision 2023” mahnı müsabiqəsinə namizəd, “Голос Дети 2016” səs müsabiqəsinin iştirakçısı Azər Nəsibov, “Eurovision 2022” mahnı müsabiqəsində ölkə təmsilçisi, “Səs Azərbaycan 2022” mahnı müsabiqəsinin qalibi Nadir Rüstəmli, “Böyük Səhnə” beynəlxalq musiqi lahiyəsi və “Eurovision 2014” mahnı yarışmasınım milli seçim turlarının iştirakçısı Safa Eldar, Vətən Müharibəsinin iştirakçısı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistri Murad Süleymanlı, müsabiqə iştirakçıları və fəal gənclər iştirak etmişlər.
Müsabiqənin məqsədi gənclərin asudə vaxtının səmərəli təşkil etmək, onlar arasında könüllülük fəaliyyətinin daha geniş təbliğ etmək, yaradıcı və istedadlı gənclərin mədəni potensiallarının reallaşdırılmasıdır.
Qeyd edək ki, müsabiqənin seçim turları Bakı Biznes və Kooperasiya Kollecində, çəkilişləri Bakı Avrasiya Universitetində, yarımfinal mərhələləri isə Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində təşkil edilmişdir.
Müsabiqənin final mərhələsində “Odlar Yurdu” Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Bakı Biznes və Kooperasiya Kollecinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Dillər Universitetinin, Xəzər Universitetinin, Bakı Avrasiya Universitetinin 20 nəfər tələbələrinin gərgin mübarizəsi nəticəsində, münsiflər heyətinin, iştirakçılar arasında və onlayn səs vermənin say hesabı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Rauf Hill qalib oldu.
Sonda qalib iştirakçı kubok ilə, müsabiqəyə çıxışları ilə rəngarənglik qatan “Səbinə” rəqs qrupunun üzvləri isə təşəkkürnamə ilə təltif olunmuşlar.