Yeni idman komplekslərinin istifadəyə verilməsi nə baxımdan önəmlidir? – QURUM RƏSMİSİ AÇIQLADI
“Cənab Prezidentin tapşırığı əsasında Onun Olimpiya Komitəsinə rəhbərlik etdiyi dövrdə idmanın maddi-texniki bazasının gücləndirilməsi məsələsi prioritet istiqamətlərdən biridir”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəsidi Raqif Abbasov bildirib.
O qeyd edib ki, ölkəmizin artıq bir çox rayonlarında 50-dən çox Olimpiya İdman Komplekslərinin tikilib istifadəyə verilməsi, eyni zamanda idman qurğularının təmiri, idmançılarımızın göstəricilərinin yaxşılaşdırılması üçün əsas hüquqi zəmin yaradır: “Nefçala rayonunda açılan növbəti Olimpiya Kompleksi bölgə idmanının inkişafı və orada yaşayan idmançıların məşqi üçün çox böyük əhəmiyyət daşıyır. Həmçinin xüsusi olaraq onu vurğulamaq lazımdır ki, Olimpiya Kompleksində bir çox idman növlərinin olması gələcəkdəki dünya və Avropa çempionlarımızın məhz bu bölgədən olmasına yardımçı olacaq.
Prezident bugünkü gündə Olimpiya Komplekslərinin açılışında iştirak edərək onu nəzərə çatdırmaq istəyir ki, yüksək idman nəticələri ilə yanaşı ölkəmizdə idmanın kütləviliyinin və sağlam həyat tərzinin təməli qoyulsun. Bizlərində üzərinə düşən məsələlərindən biri ondan ibarətdir ki, bu amili təmin edə bilək”.