Bədii gimnastika üzrə 28-ci Bakı birinciliyi keçirilir
Gimnastika növünün ən zərif nümayəndələri 25-27 aprel tarixlərində keçiriləcək 28-ci Bakı birinciliyində qüvvələrini sınayacaqlar.
Bakı Olimpiya İdman Kompleksində keçiriləcək yarışda “Ocaq Sport” Klubu, 13 nörməli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Grasiya” İdman Klubu, Su İdmanı Sarayı, Zirə Mədəniyyət Mərkəzi, Şağan Olimpiya İdman Kompleksi, FHN İdman Sağlamlıq Kompleksini təmsil edən gimnastlar paytaxtın ən güclüsü adı uğrunda mübarizəyə qoşulacaqlar.
Yarışda idmançılar fərdi (balacalar – 2013, 2014, 2015-ci il təvəllüdlü, yeniyetmələr – 2011-2012-ci il təvəllüdlü, gənclər – 2008-2010-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında (balacalar – 2013-2015-cü il təvəllüdlü, yeniyetmələr – 2011-2012-ci il təvəllüdlü, gənclər – 2008-2010-cu il təvəllüdlü) mübarizə aparacaqlar.
Üç gün davam edəcək yarışda qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.
Çempionlar fərdi gimnastlar, yeniyetmə və gənclərdən ibarət qrup komandaları arasında çoxnövçülük, balacalardan ibarət qrup komandaları arasında isə həm çoxnövçülük, həm də ayrı-ayrı alətlər üzrə bəlli olacaq.
Yarışlar hər gün saat 12:00-da başlayacaq