Şahmat üzrə Bakı şəhər birinciliyi keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən  3 №-li RİOEUGŞM – də 2015-ci il və daha kiçik yaşlı oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilmişdir. Yarışda 82 nəfər şahmatçı ştirak edib.

Yekun nəticələrə  əsasən   qızlar arasında  I yeri  Səbirə Muradlı, II yeri Fidan Yaqubova, III yeri  Mehri  Fətulla, oğlanlar arasında I yeri  Fərid Sadıqzadə, II yeri Atilla Cabbarlı,  III yeri Müslüm Şirəliyev tutmuşdur.

Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz Vəliyev və yarışların baş hakimləri qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışlar.

Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallar ilə təltif olunmuşlar.

Qeyd edək ki,  oğlanlar arasında ilk 5 yeri, qızlar  arasında ilk 6 yeri tutan şahmatçılar respublika birinciliyinə vəsiqə qazanmışlar.