Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş bilik olimpiadası keçirilib

Qaradağ rayon Heydər Əliyev Mərkəzində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi  tərəfindən Qaradağ rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə  həsr olunmuş  bilik olimpiadası keçirilib. Bilik olimpiadasında 80 nəfər şagird iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Tədbirdə   Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, Qaradağ rayon Gənclər və İdman İdarəsinin  rəisi Elçin Abbasov, Baş İdarənin əməkdaşı Samir Kazımov  iştirak edib.
Sonda qaliblərə Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və pul mükafatı   təqdim edilmişdir.