
Paytaxtın “Abad məhəllə”lərində idman yarışları davam edir
“Ümummilli Lider Heydər Əliyev İli”nə həsr olunmuş paytaxtın abad məhəllələrində məktəblilər arasında idman yarışları davam edir. Bu dəfəki yarışlar Səbail rayonu,Rafiq İsgəndərov 4 A- da yerləşən “Abad Məhəllə”də keçirilib.
Səbail rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin şagirdləri mini-futbol, şahmat və turnikdən dartınma idman növləri üzrə mübarizə aparıblar.
Yarışların sonunda iştirakçılar Baş İdarə tərəfindən sertifikatlar ilə təltif olunmuşlar.