Futbol üzrə klub-komanda birinciliyinin mükafatlandırma mərasimi keçirilmişdir.

   24 dekabr 2012 – ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin iclas zalında  futbol üzrə klub-komanda birinciliyinin mükafatlandırma mərasimi keçirilmişdir. Tədbirdə sektor müdiri Adil Ağayev,yarışların baş hakimi beynəlxalq dərəcəli hakim Füzuli Nəcəfov və komanda üzvləri  iştirak etmişlər.
Tədbirdə I dəstədə 1999-2000-ci il təvəllüdlü komandalar arasında I yerə “BİFM-2” II yerə “ROİL”, III yerə “RİOEUGİM”, 1998-ci iı təvəllüdlü komandalar arasında I yerə “RİOEUGİM-1”, II yerə “BİFM-2”, III yerə “Neftçi İSM”, 1997-ci il təvəllüdlü komandalar arasında I yerə “RİOEUGİM-1”, II yerə “RİOEUGİM-2”, III yerə “Neftçi İSM”, 1996-cı il təvəllüdlü komandalar arasında I yerə “TİM”, II yerə “BİFM-1”, III yerə “Vətən”, klub hesabında isə I yerə “RİOEUGİM-1”, II yerə “BİFM-1”, III yerə “Vətən” layiq görülmüş komandalar mükafatlandırılmışlar.
II dəstədə isə 1999-2000-ci il təvəllüdlü komandalar arasında I yerə “Zəngəzur”, II yerə “16 №-li UGİM”, III yerə “Qaradağ”UGİM, 1998-ci iı təvəllüdlü komandalar arasında I yerə “Mehdiabad”, II yerə “Vətən” RİOEUGİFM-2, III yerə “Bakı kəndlər”, 1997-cı il təvəllüdlü komandalar arasında I yerə “Bakı kəndlər”, II yerə “Xətai UGİM”, III yerə “Vətən” RİOEUGİFM-2, 1996-cı  il təvəllüdlü komandalar arasında I yerə “Xətai UGİM”, II yerə “Mehdiabad”, III yerə “Vətən” RİOEUGİFM, klub hesabında isə I yerə “Xətai UGİM”, II yerə “Vətən” RİOEUGİFM-2, III yerə “Bakı kəndlər” layiq görülmüş komandalar mükafatlandırılmışlar.

    Yarışda I,II,III yerlərə layiq görülmüş komandalar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar və kubokla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir