U-23 qadınlar və kişilər arasında Bakı şəhər çempionatının nəticələri bəlli olub
2 iyunda Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə cüdo üzrə 23 yaşa qədər kişilər və qadınlar arasında Bakı şəhər çempionatı keçirilib.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan turnirdə 10 çəki dərəcəsində 195 cüdoçu medallar uğrunda mübarizə aparıb. Kişilər arasında -60 kq., -66 kq., -73 kq., -81 kq., -90 kq., -100 kq. və +100 kq. çəki dərəcələrində, qadınlar arasında isə -52 kq., -63 kq. və -70 kq. çəki dərəcələrində qaliblər müəyyənləşib.
Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir 11-13 iyulda keçiriləcək 23 yaşa qədər qadınlar və kişilər arasında Azərbaycan çempionatına seçim xarakteri daşıyır.
Qaliblərin siyahısını təqdim edirik:
-60 kq.
1. Hüseyn Allahyarov
2. Murad Muradlı
3. Nicat Məmmədli
3. Fikrət Nəcəfov
-66 kq.
1. Elşən Əsədov
2. Ayaz Ağayev
3. Bəhram Qurbanlı
3. Elvin Bağırov
-73 kq.
1. Taryel Şıxəliyev
2. Əhməd Ağayev
3. Sadiq Həsənli
3. Çingiz Fəttəhov
-81 kq.
1. Nahid Tarquliyev
2. Camal Baqışov
3. Roman Qarayev
3. Sulhan Süleymanlı
-90 kq.
1. Rəşadət Paşazadə
2. Tuncay Şamil
3. Kamran Novruzov
3. Davud Namazlı
-100 kq.
1. Rəsul Aydəmirov
2. Elşən Nəbiyev
3. Adil Məmmədov
+100 kq.
1. İlkin Baxşaliyev
2. Əli Mahmudov
3. Elman Mansurov
Qadınlar
-52 kq.
1. Xumar Qasımzadə
2. Əminə Abbas
3. Nəzrin Hidayətli
-63 kq.
1. Nigar Əlibəyli
2. Məryəm Mehdiyeva
3. Aysel Şəfiyeva
-70 kq.
1. Aysu Həsənova
2. Zeynəbxanım Əsədova
İdmançılarımızı təbrik edirik!