Şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Qusar rayonuna ekskursiya təşkil edilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün Qusar rayonuna ekskursiya təşkil edilib.

Ekskursiya iştirakçıları ilk öncə Qusar Şəhidlər Xiyabanına gələrək qəhrəman vətən övladlarının məzarlarını  ziyarət edərək, əziz xatirələrini yad ediblər.

Sonra onlar  üçün ayrılmış istirahət mərkəzinə yollanıblar.  Burada ekskursiya iştirakçıları üçün maraqlı və əyləncəli oyunlar, intellektual oyunlar, komanda quruculuğu, idman oyunları təşkil edilmişdir.

Ekskursiyada iştirak edən uşaqlar  yüksək əhval ruhiyyədə olduqlarını, bu cür tədbirlərin keçirilməsi onlar üçün maraqlı və yadda qalan olduğunu vurğulamışlar.