Nizami rayonunda “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” qeyd olunub.
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı rayon gənclər və idman idarəsi ilə birgə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirmişdir.
Tədbirdə iştirak edənYAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranması tarixindən və onun əhəmiyyətindən, əlamətdar gün ilə bağlı Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Daha sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi rəisinin müavini Aydın Yusifov Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 2001-ci ildə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayından sonra xarici ölkələrdə yaşayan soydaşlarımızın və həm vətənlərimizin öz dövlət ətrafında sıx birləşdiyini bildirib. Qeyd edib ki, bu sahədə aparılan müdrik siyasət hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbir konsert proqramı ilə başa çatıb.