Sabunçu rayonunda “Taekvondo hamı üçün” devizi altında məşğələ keçirilib.
27 iyul tarixində Sabunçu rayonu, Maştağa Mədəniyyət və İstirahət Parkında Bakı Şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı, Alpman taekvondo klubunun dəstəyi ilə “İdman hamı üçün” layihəsi çərçivəsində “Taekvondo hamı üçün” devizi altında məşğələ keçirilib.
Tədbirdə Sabunçu rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı Məqsədli Taleh çıxış edərək, tədbirin keçirilməsində məqsədin yeniyetmə və gənclər arasında sağlam həyat tərzini aşılamaq, taekvondo idman növünün Bakı ətrafı qəsəbələrdə təbliğindən ibarət olduğunu bildirib.
Tədbirdə Sabunçu rayonu üzrə sektorun əməkdaşları, idmançılar və qəsəbə sakinləri iştirak edib.