Xəzər rayonunda “Erkən nigaha yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
25 iyul 2023-cü il tarixində Gənclər və İdman Nazirliyinin Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində Bakı Şəhər Gənclər və İdman İdarəsinin (BŞGİİ) və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Xəzər rayonunda “Erkən nigaha yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Gənclər və İdman Nazirliyinin aparıcı məsləhətçisi Cəmilə Rzayeva, Xəzər rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi Pərvanə Əliyeva, Uşaq İstirahət və Sağlamlıq Mərkəzinin təlimçisi Nigar Əliyeva, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları sosial işçi mütəxəssis Arzu Məmmədova, sosial işçi mütəxəssis Güllü Əliyeva, sosial pedaqoq Nərminə Əliyeva, könüllü Nərmin Əlizadə iştirak edib.
Tədbirdə erkən evlilik, uşaq və yeniyetmələrin həyat və sağlamlıqlarının təhlükəsinə aid geniş məlumat verilib. Tədbirin sonunda yeniyetmələrə maarifləndirici bukletlər paylanıb, xatirə şəkilləri çəkilib.