Xətai Sənət Mərkəzində “İdman hamı üçündür” adlı rəsm sərgisi təşkil olunub.
25 iyul 2023-cü il tarixində Xətai Sənət Mərkəzində yeniyetmə və gənclər arasında rəssamlıq sənətinə marağın artırılması və idmanın gənclər arasında təbliği və təşviqi məqsədi ilə .
Tədbir Xətai Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman idarəsinin(BŞGİİ) və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə 26 iyul- Gənclər və İdman Nazirliyinin yaranma gününə həsr olunub.
Yeniyetmə və gənclər arasında elan olunan sərgidə, 160-a yaxın müəllifin əsəri sərgilənib.
Müxtəlif idman növləri, idmançıların simaları, idman alətləri, idman geyim nümunələri rəsm işlərinin əsas mövzusu olunub.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov tədbirin əhəmiyyətindən və dövlətimizin gənclərə və idmana olan qayğısından danışıb. Daha sonra BŞGİİ-nin Xətai rayonu üzrə sektor müdiri Elvin Orucov gənclərə gələcəkdə uğurlar arzu edərək, onlara daima dəstək göstərməkdən məmnun olduğunu bildirib. Son olaraq çıxış edən Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov sərgi haqqında öz ürək sözlərini iştirakçılarla bölüşüb və sərgi iştirakçılarını təbrik edib.
Tədbir sertifikatların təqdim edilməsi ilə davam edib.