26 İyul-Gənclər və İdman Nazirliyinin yaranmması günü münasibətilə “İdman bir dünyadır” mövzusunda rəsm sərgisi təşkil edilib.

25.07.2023-cü il tarixində Nizami rayonu, 201 nömrəli tam orta məktəbdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin(BŞGİİ) təşkilatçılığı, 201 nömrəli tam orta məktəb və “Palitra Art Studiyası”nın dəstəyi ilə 26 İyul-Gənclər və İdman Nazirliyinin yaranmması günü münasibətilə “İdman bir dünyadır” mövzusunda rəsm sərgisi təşkil edilib.
BŞGİİ-nin Nizami rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif İsayev açılış nitqi ilə çıxış edərək, idarənin rəisi Dənyar Teymurlunun adından gənc rəssamları, onların valideynlərini və tamaşaçıları təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
201 nömrəli tam orta məktəbin direktor müavini Elnurə Ramazanova isə öz çıxışında BŞGİİ-ə sərginin məhz 201 nömrəli tam orta məktəbdə təşkil olundugu üçün öz minnətdarlığını bildirib. Sonra “Palitra Art Studiyası”nın rəhbəri, tanınmış rəsm müəllimi Asəf Kərimov gənc rəssamlar və onların əl işləri barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Sərgiyə baxış keçirildikdən sonra, gənc rəssamlara Bakı Şəhər Gənclər və İdman İdarəsinin sertifikatları və studiya tərəfindən xatirə hədiyyələri təqdim olunub.