Beynəlxalq Qroysmesterlər Zeynəb və Türkan Məmmədyarovaların iştirakı ilə şahmatçılar üçün seans keçirilib.
24 iyul 2023-cü il tarixində Xəzər Gənclər Evində Gənclər və İdman Nazirliyinin yaradılması gününə həsr olunmuş Beynəlxalq Qroysmesterlər Zeynəb və Türkan Məmmədyarovaların iştirakı ilə rayonun gənc və yeniyetmə şahmatçıları üçün seans keçirilib.
Tədbiri açılış nitqi ilə Bakı Şəhər Gənclər və İdman İdarəsinin(BŞGİİ) Xəzər rayonu üzrə gənclər və idman sektorunun müdiri Gündüz Vəliyev açıq elan etdikdən sonra, BŞGİİ-nin idman sektorunun müdiri Rəşad Əliyev və Beynəlxalq Qroysmesterlərlər çıxış edərək gənc şahmatçılara uğurlar diləyiblər.
Qeyd edək ki, şahmat seansında 22 nəfər şahmatçı iştirak edib.
Maraqlı keçən seansın sonunda xatirə şəkilləri çəkilib.