Bakı Şəhər Gənclər və İdman İdarəsində Bakı şəhəri üzrə bütün rayonların sektor müdirləri və əməkdaşlarının iştirakı ilə iclas keçirilib.
Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Fərid Qayıbovun Bakı Şəhər Gənclər və İdman İdarəsində dövlət qulluqçularının yerləşdirilməsi haqqında 5 iyul 2023-cü il tarixli əmrinə əsasən 11 iyul 2023-cü il tarixdə Bakı Şəhər Gənclər və İdman İdarəsində
İclasda Bakı Şəhər Gənclər və İdman İdarəsinin yeni rəisi Dənyar Teymurlu və əmrin oxunması üçün qonaq qismində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin İnsan Resurslarının İdarə Edilməsi şöbəsinin, İnsan Resursları Sektorunun müdiri Şahmar Tağıyev iştirak edib.
Əmrin oxunmasından sonra Dənyar müəllim Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rayon (şəhər) gənclər və idman idarələrində (baş idarələrində) çalışan dövlət qulluqçularını Bakı şəhər Gənclər və İdman İdarəsinin strukturunda müvafiq vəzifələrə keçirilməsi münasibətilə təbrik edib, Gənclər və İdman naziri cənab Fərid Qayıbovun tövsiyyə, tapşırıq və təbriklərini kollektivə çatdırıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.