“Start-up layihələrinin yazılması” mövzusunda təlim keçirilib.
15 dekabr tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsi, “Vətəndaş Cəmiyyətində Debat˝ İctimai Birliyi və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə
BŞGİİ-nin Gənclərlə iş sektorunun müdiri Elvin Orucov, “Vətəndaş Cəmiyyətində Debat˝ İctimai Birliyinin sədr müavini Əli İsgəndərli, Sabunçu Gənclər Evinin direktoru Kamil Yaqubov çıxış edərək, təlimin keçirilmə məqsədindən və gənclər üçün əhəmiyyətindən danışıblar.
Təlimçi İlkin Hüseynov iştirakçılara effektiv start-up layihələri yazmaq üçün ümumi tələblər və ən yaxşı təcrübələr haqqında məlumat verib.
O, bazar araşdırması və rəqabət təhlilini necə aparmaq, biznes planı necə hazırlamaq və ideyanı necə təqdim etmək kimi punktlara toxunub.