Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilib
15 dekabr tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsi və 216 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə rayonun orta ümumtəhsil məktəblərinin komandaları arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilib.
Təşkilatçı və qonaqların çıxışından sonra turnirə start verilib.
Maraqlı mübarizə şəraitində keçən turnirdə 16 komanda iştirak edib.
Turnirin nəticələrinə əsasən:
I yeri – 149 nömrəli tam orta məktəbin komandası
II yeri – 26 nömrəli tam orta məktəbin komandası
III yeri – 234 nömrəli tam orta məktəbin komandası tutub.
Mükafatçılara Bakı şəhər Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim olunub.