Tələbələr arasında “Heydər Əliyev İli” çərçivəsində “Gənc natiqlər” adlı debat turniri keçirilib.

09-10 dekabr tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetində Bakı Şəhər Gənclər və İdman İdarəsi və “Vətəndaş Cəmiyyətində Debat˝ İctimai Birliyinin təşkilatçılığı ilə tələbələr arasında “Heydər Əliyev İli” çərçivəsində “Gənc natiqlər” adlı debat turniri keçirilib.
BŞGİİ-nin Gənclərlə iş sektorunun müdiri Elvin Orucov, “Vətəndaş Cəmiyyətində Debat˝ İctimai Birliyinin sədr müavini Əli İsgəndərli çıxış edərək qalib komandaları təbrik edib, onlara gələcək turnirlərdə uğurlar arzulayıblar.
Qalib və fərqlənən komandalar diplom, medal, kubok, sertifikat və xatirə hədiyyələr ilə təltif olunub.