Akademik Ziya Bünyadovun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə Bakı şəhər VIII açıq turniri keçirilmişdir.

   20-25 dekabr 2012-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən AZDBTİA-nın və “Neftçi” İSM-nin atıcılıq tirlərində akademik Ziya Bünyadovun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə Bakı şəhər VIII açıq turniri keçirilmişdir. Turnirdə “Spartak” İC, “Neftçi” İSM və “DİN” İC-ni təmsil edən 31 idmançı (onlardan 17-si qadınlardır) iştirak etmişdir.

   Nəticələrə görə PT-3 hərəkəti üzrə 383 xalla Hüseynli Xəyalə (“Spartak” İC), PTÇ-2 hərəkəti üzrə 378 xalla Aşumova İradə (“Neftçi” İSM), KÇTÇ-3 hərəkəti üzrə 580 xalla Aşumova İradə (“Neftçi” İSM), PT-4 hərəkəti üzrə 566 xalla Məcidli Əli (“Spartak” İC), PTÇ-3 hərəkəti üzrə 565 xalla Lunyov Ruslan (“Neftçi” İSM), KÇTÇ-4 hərəkəti üzrə 549 xalla Məmmədov Rəsul (“Neftçi” İSM) I yerlərə layiq görülmüşlər.

   I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən medallar, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir