Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş rayon məktəbliləri (qızlar) arasında voleybol idman növü üzrə rayon turniri keçirilib.
Bakı Şəhər Gənclər və İdman İdarəsinin (BŞGİİ) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş rayon məktəbliləri (qızlar) arasında voleybol idman növü üzrə rayon turniri keçirilib.
Dekabrın 15-də baş tutan turnir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib, Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra isə iştirakçıların oyunlarına start verilib.
Gərgin mübarizə şəraitində keçən turnirin yekun nəticələrinə əsasən:
I yeri: 235 nömrəli tam orta məktəb
II yeri: 168 nömrəli tam orta məktəb
III yeri: 231 nömrəli tam orta məktəbin komandaları layiq görülüb.
Qaliblərin mükafatlandırılması mərasimində isə BŞGİİ-nin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev və Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Loğman Müslümov iştirak edib.
Qalib komandalara Bakı Şəhər Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim edilib.