Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş məktəblilər arasında stolüstü tennis üzrə Binəqədi rayon turniri keçirilib.
18 dekabr tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 276 nömrəli tam orta məktəbdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş məktəblilər arasında stolüstü tennis üzrə Binəqədi rayon turniri keçirilib.
Turnirdə 10 məktəbdən 20 oğlan və 10 qız olmaqla ümumilikdə 30 idmançı qalib ünvanına sahib olmaq üçün mübarizə aparıb.
Turnirinin nəticəsinə əsasən:
I yeri: 283 nömrəli tam orta məktəbin komandası
II yeri: 276 nömrəli tam orta məktəbin komandası
Ill yeri: 267 nömrəli məktəb-liseyin komandası tutub.
Qaliblərin mükafatlandırılması mərasimində BŞGİİ-nin Binəqədi rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Elvin Quliyev və 276 nömrəli tam orta məktəbin direktoru Bəhram Şiriyev iştirak edib.