10 Dekabr – Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş şahmat üzrə Binəqədi rayon turniri keçirilib
Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Binəqədi Gənclər Evində 10 Dekabr – Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Gününə həsr olunmuş şahmat üzrə Binəqədi rayon turniri keçirilib.
Məktəblilərin böyük marağına səbəb olan turnirdə 24 oğlan və 16 qız olmaqla ümümilikdə 40 idmançı qalib olmaq uğurunda mübarizə aparıb. Turnirin nəticəsinə əsasən:
I yer: 283 nömrəli tam orta məktəbin komandası
II yer: 3 nömrəli tam orta məktəbin komandası
III yeri isə: 30 nömrəli tam orta məktəbin komandası tutmuşdur.
Turnirdə baş hakimlik vəzifəsini Ramil İmanov yerinə yetirib.
Qaliblərin mükafatlandırılma mərasimində BŞGİİ-nin Binəqədi rayonu üzrə gənclər və idman sektorunun müdiri Namiq Tarverdiyev iştirak edib.