Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş voleybol turniri keçirilib.
7 dekabr tarixində Bakı şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər rayon komitəsinin birgə təşkilatçılığı ilə 26 nömrəli tam orta məktəbdə rayonun orta ümumtəhsil müəssisələrinin müəllimləri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş voleybol turniri keçirilib.
Təşkilatçı və qonaqların çıxışlarından sonra turnirə start verilib.
Maraqlı mübarizə şəraitində keçən turnirdə 10 komanda iştirak edib və yarışın sonunda:
I yer – 121 nömrəli tam orta məktəbin komandası
II yer – 326 nömrəli tam orta məktəbin komandası
III yer – 26 nömrəli tam orta məktəbin komandası tutub.
Mükafatçılara Bakı şəhər Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim olunub.