Azərbaycan Dillər Universitetində tələbələr arasında daxili payız debat turniri keçirilib

Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetində tələbələr arasında daxili payız debat turniri keçirilib.
BŞGİİ-nin Nəsimi rayonu üzrə gənclər və idman sektorunun müdiri Yusif Babanlı, sektorun baş məsləhətçisi Şəhla Qasımova tədbirdə çıxış edərək qalibləri təbrik edib və gənclərə uğurlar arzulayıblar.
Sonda qalib və fərqlənən gənclər diplom, medal, kubok və sertifikatlar ilə təltif olunub.