Üzgüçülük üzrə “Şən Delfin” Bakı Şəhər Açıq birinciliyi keçirilib

02-03 dekabr tarixlərində Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksində üzgüçülük üzrə “Şən Delfin” Bakı Şəhər Açıq birinciliyi keçirilib.
Birincilikdə 128 idmançı (51 qız) iştirak edib.
Yarış 2011-2012-ci il təvəllüdlü oğlanlar və 2012-2013-cü təvəllüdlü qızlar arasında keçirilib.
İki gün davam edən birinciliyin yekununda qalib və mükafatçılar Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.