3 Dekabr “Beynəlxalq Əlillər Günü” münasibəti ilə məktəbin şagirdləri arasında “Dama” üzrə turnir keçirilib.
01 dekabr tarixində əqli və fiziki qüsurlu uşaqlar üçün 3 nömrəli Xüsusi Təhsil Məktəbində Bakı Şəhər Gənclər və İdman İdarəsinin, Nizami Rayon İcra Hakimiyyətinin və Nizami Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı və 3 Dekabr “Beynəlxalq Əlillər Günü” münasibəti ilə məktəbin şagirdləri arasında “Dama” üzrə turnir keçirilib və sonda şagirdlər üçün konsert proqramı təşkil olunub.
BŞGİİ-nin Nizami rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif İsayev, Nizami Rayon İcra İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhmən Hüseynov, Nizami Rayon Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva və 3 nömrəli Xüsusi Təhsil Məktəbinin direktoru Nüşabə Məmmədova çıxış edərək, turnir iştirakçılarına və müəllim kollektivinə öz ürək sözlərini bildiriblər.
Turnir ayrı-ayrılıqda oğlanlar və qızlar arasında şəxsi növdə olimpiya sistemi üzrə keçirilib.
Turnirdə ümumilikdə 20 oğlan və 20 qız olmaqla, 40 nəfər iştirak edib.
Maraqlı idman mübarizəsi şəraitində keçən turnirin yekununda mükafatlara layiq l,ll və lll yerləri tutmuş qaliblərə və bütün iştirakçılara Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal və sertifikatlar, Nizami Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub. Həmçinin, məktəbə BŞGİİ tərəfindən təşəkkürnamə verilib.
Turnir başa çatdıqdan sonra balaca şagirdlər üçün “Zəfər” mahnı qrupunun ifasında konsert proqramı nümayiş etdirilib.