“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda konfrans keçirilmişdir.
Azərbaycan Dövlət Neft Akademiyasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tələbə və müəllim heyəti ilə görüş keçirilmişdir. Görüşdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Milli Olimpiya Komitəsinin vitse prezidenti Xəzər İsayev, akademiyanın prorektoru Qasım Məmmədov, müəllim və tələbələr iştirak etmişdir.
Tədbir iştirakçıları ilk öncə akademiyada fəaliyyət göstərən Heydər Əliyev muzeyi ilə tanış olmuş və sonra toplantı öz işinə başlamışdır.
Tədbirdə iştirak etmiş gənclərə H.Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan danışılmış, gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında, Ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri olduğunu, Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasətinin hər zaman xüsusi yer tutduğunu bildirmişlər.
Sonda akademiyanın bir qrpu tələbəsi təhsildə, idmanda, intellektual yarışlarda fərqləndiyinə görə Baş İdarə tərəfindən fəxri fərman və hədiyyə ilə təlif edimişdir.