Əlil uşaqların Şamaxı rayonuna ekskursiyası təşkil olunmuşdur
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən əlil və sosial müdafiəyə ehtiyacı olan uşaqların Şamaxı rayonuna ekskursiyası təşkil olunmuşdur.
Ekskursiyanın təşkilində məqsəd “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2011-2015-ci illər)”nın icrası, həmçinin əlil və sosial müdafiəyə ehtiyacı olan uşaq və gənclərin qabiliyyətlərini inkişaf etdirmələri üçün əlverişli şəraitin yaradılması, fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, əlilliyi olan uşaq və gənclərin cəmiyyətə inteqrasiyası və adaptasiyasını təmin etməkdən ibarətdir.
Ekskursiyada Şamaxı rayonu ilə tanışlıq, intellektual oyunlar, nahar və şam yeməkləri təşkil olunmuşdur. Ekskursiyada 30 nəfər uşaq və gənc iştirak etmişdir.