XXV spartakiadanın proqramına daxıl olan dördnövçülük (qızlar və oğlanlar arasında) növü üzrə yarış sona çatmışdır.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən XXV spartakiadanın proqramına daxıl olan dördnövçülük (qızlar və oğlanlar arasında) növü üzrə yarış sona çatmışdır. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən 1998-99-cu il təvəllüdlü qızlar arasında dördnövçülük yarışında I yeri Nərimanov rayon komandası, II yeri Sabunçu rayon komandası, III yeri Xəzər rayon komandası tutmuşlar.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən 1998-99-cu il təvəllüdlü oğlanlar arasında dördnövçülük yarışında I yeri Xəzər rayonu 26 nömrəli tam orta məktəbin komandası, II yeri Sabunçu rayonu 80 nömrəli tam orta məktəbin komandası, III yeri Nərimanov rayonu 57 nömrəli tam orta məktəbin komandası, IV yeri Xətai rayonu 138 nömrəli tam orta məktəbin komandası, V yeri Qaradağ rayonu 319 nömrəli tam orta məktəbin komandası, VI yeri Səbail rayonu 190 nömrəli tam orta məktəbin komandası, VII yeri Suraxanı rayonu 278 nömrəli tam orta məktəbin komandası, VIII yeri Nəsimi rayonu Texniki Humanitar Liseyin komandası, IX yeri Yasamal rayonu 20 nömrəli tam orta məktəbin komandası, X yeri Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin komandası tutmuşlar. Nizami rayon komandası yarışda iştirak etməmişdir.
XXV spartakiadanın dama, şahmat, stolüstü tennis, voleybol (qızlar və oğlanlar arasında), basketbol (qızlar arasında) və dördnövçülük (qızlar arasında) növləri üzrə yarışlarından sonra Sabunçu rayonu 22 xalla I yerdə, Nərimanov rayonu 30 xalla II yerdə, Xəzər rayonu 37 xalla III yerdə, Səbail rayonu 39 xalla IV yerdə, Qaradağ rayonu 39 xalla V yerdə, Xətai rayonu 43 xalla VI yerdə, Nizami rayonu 48 xalla VII yerdə, Suraxanı rayonu 56 xalla VIII yerdə, Yasamal rayonu 65 xalla IX yerdə, Binəqədi rayonu 66 xalla X yerdə və Nəsimi rayonu 93 xalla XI yerdə qərarlaşmışlar.