Vətənpərvərlik klubları arasında “Breyn-ring” intellektual oyunu keçirilmişdir
27 sentyabr 2012-ci il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Xətai rayonu 64 saylı orta məktəbin akt zalında Bakı şəhərində yerləşən vətənpərvərlik klubları arasında “Breyn-ring” intellektual oyunu keçirilmişdir. Oyun 11 komanda arasında olimpiya sistemi üzre keçirilmişdir. Hər turda komandalara 5 sual verilmişdir və gərgin keçən mübarizədən sonra qalib komandalar müəyyən edilmişdir. Oyunun nəticələrinə görə I yerə Xətai rayon komandası, II yerə Nəsimi rayon komandası, III yerə Nizami rayon komandası layiq görülmüşdür.
Sonda qalib komandalara Baş İdarə tərəfindən diplom və hədiyyələr təqdim olunmuşdur.