Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş cüdo üzrə açıq turnir keçirilmişdir
Yarışda Bakı şəhərinin Qaradağ, Nərimanov, Binəqədi, Xətai, Səbail, Xəzər, Nizami komandaları ilə yanaşı respublikamızın Qusar, Ağdam, Siyəzən, Xızı, Bərdə, Şirvan, Səlyan, Gəncə, Sumqayıt, Şamaxı və Mingəçevir bölgələrindən gəlmiş 300-ə yaxın idmançı iştirak edirdi.
Turnirin açılış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Azərbaycan Cüdo Federasiyasının vitse prezidenti Matvey Yelizarov cıxış etmışlər.İki gün davam edən yarışın sonunda 11 çəki dərəcəsində qalib yerləri tutmuş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar, medal və xatirə hədiyyələrləri ilə mükafatlandırıldılar. Beləliklə, 24 kq çəki dərəcəsində Abdullayev Teyyub, 27 kq çəki dərəcəsində Hacıyev Səxavət, 30 kq çəki dərəcəsində Abışov Murad, 34 kq çəki dərəcəsində Talıbov Nazir, 38 kq çəki dərəcəsində Zeynalov Asəf, 42 kq çəki dərəcəsində Əliyev Rövşən, 46 kq çəki dərəcəsində Hüseynov Qəmbər, 50 kq çəki dərəcəsində Abdullayev Vüqar, 55 kq çəki dərəcəsində Əliyev İbrahim, 60 kq çəki dərəcəsində Fətiyev Murad, +60 kq çəki dərəcəsində Mahmudov Samir I yerlərə layiq görülmüşlər.