Əməkdar idman ustası, professor Ələkbər Məmmədovun şərəfinə həsr olunmuş futbol turnirinə yekun vurulmuşdur.

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Qaradağ Təlim İdman Bazasının stadionunda əməkdar idman ustası, professor Ələkbər Məmmədovun şərəfinə həsr olunmuş futbol turniri keçirilmişdir. Turnirdə Nərimanov, Vətən, 16 №-li UGİM, Qaradağ-II, Qaradağ-I, İnam, BİFM-II, Biləcəri, BİFM-I, 14 №-li UGİM komandalarını təmsil edən 197 nəfər futbolçu iştirak etmişdir. Yekun nəticələrə görə  I yerə BİFM-I, II yerə Qaradağ-I, III yerə isə Nərimanov komandaları çıxmışlar.

  I, II və III yeri tutmuş komandalar Baş İdarə tərəfindən kubok, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olundu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir