Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş reqbi üzrə turnir keçirilmişdir.

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Qaradağ Təlim İdman Bazasında Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş reqbi üzrə turnir keçirilmişdir. Turnirdə yerli komandalarla yanaşı Gürcüstan və “Tissa – Titans” komandaları da iştirak etmişdir. Tədbirin açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş idarəsınin rəis müavini Rəşad Əliyev, kütləvi bədən tərbiyəsi sektorunun müdiri Adil Ağayev, “Tissa – Titans” şirkətlər qrupunun numayəndəsi C.Konri və başqaları iştirak etmişdir. Mərasimdə iştirak edən qonaqların çıxışından sonra dövlət himnimiz səslənmiş və ilk oyunlar keçirilmişdir.

  Yekun nəticələrə əsasən I və II yerlər uğrunda  35:17 xal hesabı ilə Bakı-I  Gürcüstan-I komandasına qalib gələrək I yerə, III və IV yerlər uğrunda isə Bakı-II və Gürcüstan-II komandaları  görüşərək18:30 xal hesabı ilə Gürcüstan-II komandası III yerə layiq görülmüşdür. Qalib komandalar Baş İdarə tərəfindən kubok, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir