Gənclərimiz Şimali Kipr Türk Cümhuriyyətində istirahət düşərgəsində iştirak etmişlər
13-20 avqust 2012-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xətti və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 24 nəfər yeniyetmə və gənc Şimali Kipr Türk Çümhuriyyətində təşkil olunmuş yay istirahət düşərgəsində iştirak etmişlər. Düşərgədə yeniyetmə və gənclər Şimali Kipr Türk Çümhuriyyətini təmsil edən iştirakçılarla birgə müxtəlif idman oyunları, məntiqi yarışmalar keçirmiş, proqrama uygun olaraq ekskursiyalarda iştirak etmişlər. Həmçinin gənclərimiz Kiprdə Azərbaycan gecəsi keçirmişlər. Düşərgə müddətində gənclər arasında ikitərəfli dostluq münasibətləri yaranmış, gənclərimiz vətənimizə xoş təsüratlarla dönmüşlər.