Gənclər arasında ağır atletika üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir.

  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Zirvə İdman Klubunda  gənclər arasında ağır atletika üzrə Bakı şəhər açıq birinciliyi keçirilmişdir. Birincilikdə Neftçi İSM, Məhsul İC, Zirvə İK, Spartak İK, 8№li UGİM, Lənkəran , Azal İK-nı təmsil edən 38 nəfər idmançı mübarizə aparmışdır. Yekun nəticələrə görə I yerlərə 56 kq çəki dərəcəsində Babazadə Amil (Lənkəran-Təhsil), 62 kq çəki dərəcəsində Əlizadə Əyanət (Lənkəran-Zirvə), 69 kq çəki dərəcəsində Ramazanlı Bayram (Azal İK), 77 kq çəki dərəcəsində Tağızadə Ceyhun (Lənkəran –Zirvə), 85 kq çəki dərəcəsində Əliyev Ayaz (Məhsul İC), 94 kq çəki dərəcəsində İbrahimov İsa (Zirvə İK), 105 kq çəki dərəcəsində Gəraylı Xəlil (Zirvə İK), +105 kq çəki dərəcəsində Kalayev Asxab (Neftçi İSM) layiq görülmüşlər.

   Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir