Gənclərin I Liderlik Forumu keçirilir

9 sentyabr 2012-ci il tarixdə Gəncə şəhərində Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, Gəncə şəhər İcra Hakimiyyəti və “İRƏLİ” İctimai Birliyininin birgə təşkilatçılığı ilə Gənclərin I Liderlik Forumu keçirilmişdir. Keçirilən forumda Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da iştirak etmişdir. Gənclərlə görüş zamanı Baş İdarənin rəisi Raqif Abbasov çıxış edərək tədbirin mahiyyətindən, dövlət gənclər siyasətinin gənclər qarşısında yaratdığı geniş imkanlardan, gənclərlə bağlı qəbul olunmuş Dövlət Proqramlarından söz açmış, Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını bildirmiş onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Daha sonra ğörüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı diskussiya şəklində davam etmişdir. Qeyd etmək lazımdır ki, forumun Gəncədən start gotürməsi şəhərin “2012-ci il Azərbaycan Gənclər Paytaxtı” elan edilməsidir.
11 sentyabr 2012-ci il tarixədək davam edəcək tədbirdə gənclər bir sıra əyləncəli tədbirlərə qatılacaq, şəhərin tarixi yerləri ilə tanış olacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir