Kyokuşin kaykan karate üzrə dünya çempionatı keçirilmişdir

Yaponiyanın İsasaki şəhərində kyokuşin kaykan karate üzrə dünya çempionatı keçirilmişdir. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə ezamiyyə edilən  idmançılarımız dünya çempionatında iştirak etmişdir. Azərbaycan yığma komandası dünya çempionatında 5 nəfərlik heyətlə (məşqçi Xəlilov Vidadi, Əliyeva Günay, Abdullayev Mail, Məmmədov Samir, Mustafayev Rza) çıxış etmişdir. İdmançılarimizdan Mustafayev Rza III yerə layiq görülmüşdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir