İtaliyanın Krema şəhərində idmançılarımız uğurla çıxış etmişlər.

İtaliyanın Krema şəhərində sambo üzrə Avropa çempionatı keçirilmişdir. Çempionatda 28 ölkədən 300 nəfər idmançı mübarizə aparmışdır. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən ezam olunan Azərbaycan komandası da bu mötəbər yarışda öz qüvvəsini sınamış və ölkəmizi layiqincə təmsil etmişlər. Beləliklə nəticələrə görə 90 kq çəki dərəcəsində Qasımov Kənan, 100 kq çəki dərəcəsində Məmmədov Nizami II yerı, 57 kq çəki dərəcəsində Qasımov İslam, 62 kq çəki dərəcəsində Qarayev Cavidan III yerı tutmuşlar. İdmançılarımızı təbrik edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir