Turkiyənin İzmir şəhərində 15 yaşlı yeniyetmələr arasında futbol üzrə turnir keçirilmişdir.
Turkiyənin İzmir şəhərində 15 yaşlı yeniyetmələr arasında futbol üzrə turnir keçirilmişdir. Turnirdə 9 ölkədən 14 komanda iştirak etmişdir. Turnirə 20 nəfərdən ibarət nümayəndə heyəti Baş İdarə tərəfindən ezam olunmuşdur. Maraqlı və gərgin oyunlarla müşayiət olunan turnirdə komandamız mükafatçılar sırasına düşə bilməsə də olduqca güclü komandalarla başa-baş mübarizə apararaq futbol mütəxəssislərinin rəğbətini qazanmışdır. Eyni zamanda nümayəndə heyətinin rəhbəri Baş İdarənin rəis müavini Rəşad Əliyevin İzmir şəhər Bələdiyyəsinin rəhbərliyi və turnirin təşkilatçıları ilə qarşılıqlı işgüzar görüşləri olmuşdur.