Kapoeyra idman növü üzrə dünya çempionatı keçirilmişdir.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində Ümumdünya Kapoeyra Federasiyası, Azərbaycan Respiblikası Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Kapoeyra Federasiyasının təşkilatçılığı ilə kapoeyra idman növü üzrə dünya çempionatı keçirilmişdir. Bu ilk dünya çempionatıdır ki, burada dünyada fəaliyyət göstərən bütün beynəlxalq kapoeyra təşkilatları Ümumdünya Kapoeyra Federasiyasının  loqosu altında birləşərək bu yarışa qatılmışlar.

Dünya çempionatının təntənəli açılış mərasimində Gənclər və İdman Naziri cənab Azad Rəhimov, Braziliya Federativ Respublikası Parlamentinin Komitə sədri cənab Nelson Pelleqrino, Ümumdünya Kapoeyra Federasiyasının prezidenti cənab Ramid Niftəliyev və Azərbaycan Kapoeyra Federasiyasının prezidenti cənab Taleh Orucov çıxış etmişlər.

Azərbaycan Respublikasının Gənclər və İdman Naziri, Braziliya Federativ Respublikası Parlamentinin Komitə sədri və Braziliya Federativ Respublikasının İdman Naziri Ümumdünya Kapoeyra Federasiyasının Fəxri Üzvlük diplomları ilə təltif edilmişlər. Diplomlar Ümumdünya Kapoeyra Federasiyasının Ustadlar Şurasının rəhbəri Mestre Paulao Sales Neto tərəfindən təqdim edilmişdir.

Yarışın açılış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Braziliya Federativ Respublikasının deputatları, Mədəniyyət Nazirinin 1-ci müavini və digər rəsmiləri, həmçinin Azərbaycan dövlət rəsmiləri və bir-çox yerli və xarici iş adamları iştirak etmişlər.

Yarışda 46 ölkədən 197 idmançı iştirak etmişdir.

Aşağıda qeyd olunan qruplar üzrə ümumi komanda hesabında I yeri Azərbaycan, II yeri Braziliya və III yeri Türkiyə tutmuşdur.

junior “Group A”

1 yer Rəhimli Sənan (Azərbaycan)

2 yer Suleymanov Səftər  (Azərbaycan)

3 yer Brindyukov Vladislav  (Qazaxıstan)

3 yer Məmmədov Hacı  (Azərbaycan)

 junior “Group B”

1 yer Gunash Dilan (Türkiyə)

2 yer Korkmaz Aylin (Türkiyə)

3 yer Yildiz Sumeyra Nur (Türkiyə)

3 yer Talun Damla Nur   (Türkiyə)

senior “Group A”

1 yer Heydərov Elsevər (Azərbaycan)

2 yer Babaşov Bəxtiyar (Azərbaycan)

3 yer Celep Murat (Türkiyə)

3 yer Bucaq Jan (Çexiya)

 senior “Group B”

1 yer Allahverdiyev Fərid (Azərbaycan)

2 yer Ferhat Atakul (Türkiyə)

3 yer Şalenko Ivan (Rusiya)

senior “Group C”

1 yer Kim Aleksey (Qazaxıstan)

2 yer Okhotnikov Denis (Rusiya)

3 yer Bilisbayev Yerlan (Qazaxıstan)

senior “Group D”

1 yer Guimaries Juniaor William Douglas (Braziliya)

2 yer Souza de lima Joao Rossy Eugenio (Polşa)

3 yer Marcus Matias Maciel (Çexiya)

3 yer Franklin Canela Francisco Antonio (Italiya)

Women senior “Group A”

1 yer Turner Kate Elvse (Yeni Zellandiya)

2 yer Akdogan Melike (Türkiyə)

3 yer Ramazanova Xuraman (Azərbaycan)

3 yer Atayeva Asya (Azərbaycan)

Women senior “Group B”

1 yer Araujo Silva Mariangela (Braziliya)

2 yer Kabakova Alina (Ukrayna)

3 yer Krunkachova Ekaterina (Belarusiya)

3 yer Savina Natalia (Ukrayna)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir