Quba rayonunda gənclər sevincli bir gün yaşadılar
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təhsilində fərqlənmiş bir qrup gənclərin Quba rayonuna ekskursiyası təşkil edilmişdir. Ekskursiyada Quba rayonu ilə tanışlıq, intellektual oyunlar, nahar və şam yeməkləri təşkil olunmuşdur. Ekskursiyada 30 nəfər gənc iştirak etmişdir.
Ekskursiyanın keçirilməsinin əsas məqsədi istedadlı və yaradıcı gənclərin asudə vaxtlarının səmərəli təşkili, tarixi-bədii qoruqlarımızın gənclərə tanıdılması, gənclərə dövlət qayğısının artırılmasından ibarət idi.