Təmas xəttində yerləşən N saylı hərbi hissədə əsgər və zabit heyəti ilə görüş keçirilmişdir.
18 iyun 2013-cü il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşəbbüsü ilə İctimai Birliklərin, QHT-nin və media nümayəndələrinin iştirakı ilə Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edən əsgər və zabit heyəti ilə görüş təşkil olunmuşdur.
İlk öncə görüş zamanı Baş İdarənin rəisi Raqif Abbasov və qonaqlar hərbi hissəni gəzərək, əsgərlərin xidmət şəraiti ilə tanış olublar.
Görüşdə Baş İdarənin rəisi Raqif Abbasov, Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli əsgərlər qarşısında çıxış edərək Azərbaycan dövlətinin və Ali Baş Komandan İlham Əliyevin daima orduya göstərdiyi diqqət və qayğıdan söz açmış, ordunun maddi-texniki bazasının gücləndirilməsi və döyüş hazırlığının yüksəldilməsi istiqamətində çox mühüm addımların atıldığını vurğulamışlar.

Sonda Baş İdarənin kollektivi və qonaqlar təmas xəttində yerləşən mövqelərimizdə döyüş növbəsində olan əsgərlərə baş çəkmiş və xidmətində fərqlənmiş bir qrup əsgər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən xüsusi hazırlanmış fəxri fərmanlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.
Bundan sonra əsgərlər üçün konsert proqramı təşkil olunmuşdur.