Futbol üzrə Bakı şəhər çempionatına yekun vurulmuşdur.

 15 may -18 iyun 2013-cü il tarixdə Bakı şəhər stadionlarında keşirilən futbol üzrə Bakı şəhər çempionatına yekun vurulmuşdur.Yarışda 14 komanda və 366 nəfər futbolçu iştirak etmişdir.
Final oyununa vəsiqə qazanmış I-II yerlər uğrunda mübarizə aparan Abşeron və 16 saylı UGİM komandaları arasında keçirilən gərgin oyundan 3:2 hesabı ilə Abşeron komandası, III-IV yerlər uğrunda mübarizə aparan İnam-I və Qaradağ komandaları arasında keçirilən oyunda 1:0 hesabı ilə İnam-I komandası qalib gəlmişdir. Beləliklə yarışda I yerə Abşeron komandası, II yerə 16 saylı UGİM komandası, III yerə isə İnam-I komandası layiq görülmüşlər.
Yarışda I, II və III yerləri tutmuş komandaların üzvlərinə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar təltif edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir