Yasamal rayonunda məhəllə futboluna yekun vuruldu

1 iyul 2013-cü il tarixdə Haqverdiyev küçəsi 577-ci məhəllədə yerləşən futbol meydançasında Yasamal rayonu üzrə məhəllələrarası mini-futbol üzrə turnirə yekun vurulmuşdur. 2001-2002-ci il təvəllüdlü uşaqlar arasında keçirilən turnirdə 12 komanda tərkibində 120 nəfər iştirak etmişdir. Turnirdə I yeri Bakı komandası, II yeri Xəzri komandası, III yeri Akademiya komandası tutmuşdur. Final oyunlarından sonra turnirin təntənəli bağlanış mərasimi keçirilmişdir. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rəşad Əliyev, Baş İdarənin sektor müdiri Adil Ağayev, Yasamal rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Ramil Cəbrayılov və digər rəsmi şəxslər iştirak etmişlər. Natiqlər öz çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhllələrarası mini-futbol turnirinin böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmişlər. Tədbirin sonunda qalib komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, idman geyimləri və kubokla təltif olunmuşlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir