PAYTAXT ŞAHMATÇISININ MÖHTƏŞƏM QƏLƏBƏSİ
16 yaşadək gənclər arasında Bayramov Elxan şahmat üzrə respublika olimpiadasının vaxtından əvvəl qalibi oldu. Belə ki, 10 oyundan 9,5 xal toplayan Elxan rəqiblərindən 1,5 xal fərqi ilə aralanmışdir.
Xatırladırıq ki, yarışlara 23 iyul tarixində yekun vurulacaqdır. Elxan Bayramov Bakı şəhəri 1 nömrəli İOEUGŞDİM-nin idmançısıdır. Dəfələrlə Respublika və Bakı çempionu olan Elxan Bayramov 2011-ci ildə İsmayıllıda keçirilən 16 yaşadək şahmat üzrə respublika Olimpiadasının da qalibi olmuşdur.