“Sevinc” Kuboku uğrunda Bakı şəhər birinciliyi keçirilmişdir.

Qaradağ Təlim-İdman Bazasının futbol meydançasında 2001-2002-ci il və 1999-2000-ci il  təvəllüdlü yeniyetmələr arasında futbol üzrə “Sevinc” Kuboku uğrunda Bakı şəhər birinciliyi keçirilmişdir.Yarışda Bakı şəhərinin 11 rayon komandası iştirak etmişdir.

2001-2002-ci il təvəllüdlülər arasında  yarimfinala çıxan Nərimanov və Xəzər rayon komandaları arasında keçirilən oyunda 3:1 hesabı ilə Nərimanov rayon komandası, Xətai və Qaradağ rayon komandaları arasında keçirilən oyunda isə 4:2 hesabı ilə Xətai rayon komandası qalib gəlmişdir. Final oyununa vəsiqə qazanmış I-II yerlər uğrunda mübarizə aparan Nərimanov və Xətai rayon komandaları arasında keçirilən gərgin oyundan 2:0 hesabı ilə Nərimanov rayon komandası, III-IV yerlər uğrunda mübarizə aparan Qaradağ və Xəzər komandaları arasında keçirilən oyunda 3:1 hesabı ilə Qaradağ rayon komandası qalib gəlmişdir. Beləliklə yarışda 1-ci yerə “Nərimanov” komandası, 2-ci yerə “Xətai” komandası, 3-cü yerə isə “Qaradağ” komandası layiq görülmüşlər.

1999-2000-ci il təvəllüdlülər arasında  yarimfinala çıxan Qaradağ və Binəqədi rayon komandaları arasında keçirilən oyunda 3:2 hesabı ilə Qaradağ rayon komandası, Xəzər və Nizami rayon komandaları arasında keçirilən oyunda isə 2:0 hesabı ilə Xəzər rayon komandası qalib gəlmişdir. Final oyununa vəsiqə qazanmış I-II yerlər uğrunda mübarizə aparan Qaradağ və Xəzər rayon komandaları arasında keçirilən oyunda 0:1 hesabı ilə Xəzər rayon komandası, III-IV yerlər uğrunda mübarizə aparan Binəqədi və Nizami komandaları arasında keçirilən oyunda 2:0 hesabı ilə Binəqədi rayon komandası qalib gəlmişdir. Beləliklə yarışda 1-ci yerə “Xəzər” komandası, 2-ci yerə “Qaradağ” komandası, 3-cü yerə isə “Binəqədi” komandası layiq görülmüşlər

Yarışda I, II və III yerləri tutmuş komandaların üzvlərinə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “Sevinc” Kuboku, xatirə hədiyyələri, müvafiq dərəcəli diplomlar təqdim edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir